veten informasiya agentliyi

Ərdoğan: "Onun vida ziyarətini qəbul etməyəcəyik"

Tarix:13-10-2017, 10:34
Baxış Sayı:308

Ərdoğan: "Onun vida ziyarətini qəbul etməyəcəyik"













Ankara və Vaşinqton arasında yaranan viza böhranı iki ölkə arasındakı vəziyyəti günü-gündən gərginləşdirir.
Serbiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə lideri Aleksanr Vuçiclə görüşdən sonra mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, R.T.Ərdoğan çıxışı zamanı iki ölkə arasında yaranan viza problemində birbaşa məsuliyyətin Amerikanın üzərinə düşdüyünü deyib: “Problemi yaradan biz olmadıq, bu məsələdə ABŞ günahkardır. Səfir birbaşa belə qərarlar qəbul edə bilirsə, ölkə rəhbərliyi onu işindən azad etməlidir. Bizim səfir bənzər hərkətə yol versəydi, mən şəxsən onu işindən azad edərdim.
Biz Con Bassı (Amerikanın Türkiyədəki səfiri) ABŞ təmsilçisi kimi qəbul etmirik. Ölkə rəhbərliyi olaraq biz onun vida ziyarətini qəbul etməyəcəyik".
Xatırladaq ki, diplomatik qalmaqal ötən həftə İstanbulda ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılması səbəbindən başlayıb. Rəsmi Ankara onu ABŞ-da mühacirət həyatı yaşayan və keçən il Türkiyədə hərbi çevriliş cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Bu hadisə Türkiyə və ABŞ arasında qarşılıqlı şəkildə qeyri-immiqrasiya vizalarının verilməsinin dayandırılması ilə nəticələnib.

Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
DIN-nin keçirdiyi əməliyyatlar
DIN-nin keçirdiyi əməliyyatlar
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək